İştirakçılar - Oyunun qaydaları

  1. İstifadəçi qaydaları:
    İstifadəçilər sayta daxil olaraq səs vermək istədiyi iştirakçını seçərək saytdakı mövcud ödəniş metodları vasitəsilə ödəniş edərək səs verə bilər. Səslərin miqdarı ödəniş metodundan asılı olaraq dəyişir. Bank kartları vasitəsilə ödənilən hər 1 AZN-a görə 2 səs hesablanacaq.
  2. Ödəniş qaydası:
    Ödəniş qəbul edildikdən sonra bir neçə saniyə ərzində səsləriniz sistem tərəfindən dərhal hesablanır. Səsvermə bitdikdən sonra verilən səslər istifadəçi oyunda qalacağı təqdirdə növbəti səsvermə balansına əlavə edilir. Minimal ödəniş məbləği ödəniş metoduna görə fərqlənir. Bank kartları vasitəsilə ödənişlər minimal olaraq 1 AZN olmalıdır. Ödəniş valyutası səsvericinin yaşadığı ölkəyə uyğun olaraq təyin edilir. Rusiya Federasiyası vətəndaşları üçün ödəniş valyutası RUBL nəzərdə tutulmuşdur.
  3. Ödəniş məxfiliyi:
    Ödəniş vaxtı sizin bütün növ məlumatlarınızın məxfiliyine və təhlükəsizliyinə zəmanət verilir. Bank kartları ilə ödənişlər partner ödəniş sistemləri vasitəsilə təhlükəsiz köçürmə protokolları üzərindən həyata keçirilir.
  4. Mübahisələrin həlli:
    Əgər mübahisəli məsələ yaranarsa 24/7 bizimlə əlaqə saxlayıb məsələni aydınlaşdıra bilərsiniz.
  5. Ödənişin geri qaytarılması:
    Ödənişlərin geri qaytarılması heç bir halda baş vermir. Ona görə də, səs verərkən iştirakçını düzgün seçərək ödənilən məbləğə diqqət yetirməyiniz xahiş olunur